iSend.az
Official Meta Tech Provider
Daxil ol Pulsuz başla
  • Vahid mesaj qutusu Bütün kanalları bir ekranda idarə edin
    WhatsApp kampaniyaları Toplu fərdiləşdirilmiş mesajlar göndərin
    Avtomatlaşdırma Hadisəyə əsaslanan mesaj axınları
    Chatbot qurucusu Kodsuz vizual chatbot ssenariləri
    Kontaktlar və auditoriyalar Seqmentasiya və müştəri profili
    Mesaj şablonları Hazır şablonlarla vaxta qənaət edin
    Komanda idarəetməsi Rol, icazə və iş axını tənzimləmələri
    Analitika və hesabatlar Real vaxtda performans izləmə
    API və inteqrasiyalar CRM, ERP və e-ticarət inteqrasiyaları
    AI köməkçi 24/7 işləyən ağıllı cavab sistemi
    14 gün pulsuz sınaq Platformanı sına
  • Həllər
  • Qiymətlər
  • Sənədləşdirmə Addım-addım bələdçilər və istifadə qaydaları API Referansı REST API endpoint-ləri və texniki məlumatlar FAQ Tez-tez verilən suallar Meta Tech Provider iSend.az — Meta Tech Provider
  • AZ AZ Azərbaycanca
  • EN EN English
  • RU RU Русский
Daxil ol Pulsuz başla
Hüquqi

İstifadə Şərtləri

Platformadan istifadə qaydaları və istifadəçi öhdəlikləri.

Son yenilənmə: 22 iyul · v3.0
Mündəricat
1. Ümumi müddəalar2. Xidmətin təsviri3. Qeydiyyat və hesabın idarə olunması4. Ödənişlər və tariflər5. Mesaj göndərişi və risklər6. İstifadəçinin hüquq və öhdəlikləri7. Şirkətin hüquq və öhdəlikləri8. Məzmun və müəllif hüquqları9. Məsuliyyətin məhdudlaşdırılması10. Xidmətin dəyişdirilməsi və dayandırılması11. Mübahisələrin həlli12. Əlaqə məlumatları

1. Ümumi müddəalar

iSend.az (bundan sonra – “Platforma”, “Biz”, “Şirkət”) tərəfindən təqdim edilən xidmətlərdən istifadə edən bütün şəxslər (“İstifadəçi”) bu şərtlərlə razılaşmış hesab olunur.
Bu sənəd platformadan istifadə zamanı yaranan hüquq və öhdəlikləri, həmçinin xidmətin təminatı və məsuliyyət prinsiplərini tənzimləyir.
Əgər siz bu şərtlərlə razı deyilsinizsə, platformadan istifadə etməyiniz qadağandır.

2. Xidmətin təsviri

iSend.az bizneslər və fərdi sahibkarlar üçün WhatsApp üzərindən avtomatlaşdırılmış toplu mesaj göndəriş (bulk messaging) xidmətləri, kontakt idarəetməsi, analitika və API inteqrasiyası funksiyalarını təqdim edir.
Platforma yalnız qanuni məqsədlər üçün istifadə oluna bilər. İstifadəçilər spam, fırıldaqçılıq, təhqiredici və ya üçüncü şəxslərin hüquqlarını pozan fəaliyyətlər üçün sistemdən istifadə edə bilməzlər.

3. Qeydiyyat və hesabın idarə olunması

3.1. Platformadan istifadə üçün qeydiyyat tələb olunur. İstifadəçi qeydiyyat zamanı real və düzgün məlumat təqdim etməyə borcludur.
3.2. Hesab məlumatlarının (login, parol, WhatsApp nömrəsi və s.) təhlükəsizliyinə dair məsuliyyət tam şəkildə istifadəçiyə aiddir.
3.3. Şirkət şübhəli fəaliyyət və ya qayda pozuntusu aşkar etdikdə hesabı müvəqqəti və ya daimi dayandırmaq hüququna malikdir.

4. Ödənişlər və tariflər

4.1. iSend.az ödənişli xidmət təqdim edir. Platformadan istifadə üçün paketlər yalnız qabaqcadan ödəniş əsasında aktivləşdirilir.
4.2. Ödəniş tamamlandıqdan sonra istifadəçinin hesabında müvafiq mesaj göndəriş limiti və ya müddət aktivləşdirilir.
4.3. Hər bir ödəniş geri qaytarılmayan ödənişdir. Xidmət müddəti ərzində istifadəçi nömrəsinin bloklanması və ya WhatsApp tərəfindən məhdudlaşdırılması halında da ödəniş geri qaytarılmır.
4.4. Ban halında istifadəçiyə mövcud nömrəni silərək yeni WhatsApp nömrəsi əlavə etmək imkanı tanınır.
4.5. Ödənişlər bank kartı, köçürmə və ya digər onlayn metodlarla həyata keçirilir. Platforma üçüncü tərəf ödəniş provayderlərinin fəaliyyətinə görə məsuliyyət daşımır.

5. Mesaj göndərişi və risklər

5.1. WhatsApp platformasının siyasətləri və məhdudiyyətləri səbəbindən toplu mesaj göndərişi zamanı nömrələrin ban olunması riski mövcuddur. Bu risk bütün bulk messaging xidmətləri üçün təbiidir və iSend.az tərəfindən tam şəkildə aradan qaldırıla bilməz.
5.2. Bu riski minimuma endirmək üçün istifadəçilərə aşağıdakılar tövsiyə olunur:

  • Alıcı siyahılarını kiçik qruplar şəklində bölmək (100-dən artıq nömrəyə eyni anda göndəriş etməmək);

  • Mesajlarda eyni mətni təkrar istifadə etməmək, müxtəlif mətn və formatlardan istifadə etmək;

  • Göndərişlər arasında müəyyən interval saxlamaq.
    5.3. iSend.az bu cür hallarda – o cümlədən nömrənin WhatsApp tərəfindən ban olunması, mesajların çatdırılmaması və ya gecikməsi – üçün məsuliyyət daşımır.
    5.4. Platforma istifadəçiyə yalnız texniki vasitə təqdim edir və göndərilən mesajların məzmununa, məqsədinə və nəticələrinə görə istifadəçi tam məsuliyyət daşıyır.

6. İstifadəçinin hüquq və öhdəlikləri

İstifadəçi aşağıdakı qaydalara əməl etməyə borcludur:

  • Xidmətdən yalnız qanuni məqsədlər üçün istifadə etmək;

  • Üçüncü şəxslərin məxfiliyini və hüquqlarını pozmamaq;

  • Spam, fırıldaqçılıq, zorakı və ya təhqiredici məzmun göndərməmək;

  • Məlumat bazalarını yalnız razılıq əsasında və qanuni yolla əldə etmək;

  • Platformanın işinə müdaxilə etməmək və texniki zəifliklərdən sui-istifadə etməmək.

İstifadəçi bu qaydaların pozulması nəticəsində yaranan hər hansı hüquqi məsuliyyətə görə tam şəkildə özü cavabdehdir.

7. Şirkətin hüquq və öhdəlikləri

7.1. Şirkət xidmətin sabit və təhlükəsiz fəaliyyətini təmin etməyə çalışır.
7.2. Lakin texniki nasazlıqlar, üçüncü tərəf sistemlərindəki kəsintilər və ya WhatsApp qaydalarındakı dəyişikliklər səbəbindən yaranan itkilərə görə məsuliyyət daşımır.
7.3. Şirkət istənilən vaxt xidmətə dəyişikliklər edə, funksiyaları məhdudlaşdıra və ya dayandıra bilər.
7.4. Şirkət istifadəçi məlumatlarını yalnız Məxfilik Siyasəti çərçivəsində emal edir və üçüncü şəxslərə satmır.

8. Məzmun və müəllif hüquqları

Platformada təqdim olunan bütün məzmun (proqram təminatı, dizayn, interfeys, loqo, sənədlər və s.) “ERA Innovations” MMC (ERAsoft) şirkətinə məxsusdur və müəllif hüquqları ilə qorunur.
İstifadəçi sistemdən əldə etdiyi kod, interfeys və ya məlumat bazasını kopyalamaq, paylaşmaq və ya satmaq hüququna malik deyil.
İstifadəçi sistem vasitəsilə göndərdiyi mesajların məzmununa və hüquqi nəticələrinə görə tam məsuliyyət daşıyır.

9. Məsuliyyətin məhdudlaşdırılması

9.1. iSend.az mesajların çatdırılmasına, WhatsApp sisteminin fasiləsiz fəaliyyətinə və ya nömrənin ban edilməməsinə zəmanət vermir.
9.2. Nömrənin bloklanması, mesajın gecikməsi və ya itməsi kimi hallarda iSend.az və ya onun əməkdaşları məsuliyyət daşımır.
9.3. Xidmət “olduğu kimi” (“as-is”) prinsipi ilə təqdim olunur.
9.4. Platformanın istifadəsi nəticəsində yaranan dolayı zərər, gəlir itkisi və ya üçüncü tərəf iddialarına görə Şirkət məsuliyyət daşımır.

10. Xidmətin dəyişdirilməsi və dayandırılması

iSend.az bu şərtləri, tarifləri və funksionallıqları xəbərdarlıq etmədən dəyişdirmək və ya dayandırmaq hüququna malikdir.
İstifadəçi bu dəyişikliklərdən sonra platformadan istifadəni davam etdirirsə, bu, dəyişikliklərin qəbul edilməsi deməkdir.

11. Mübahisələrin həlli

Bu İstifadə Şərtləri Azərbaycan Respublikasının qanunvericiliyinə əsaslanır.
Tərəflər arasında yaranan mübahisələr ilkin mərhələdə danışıqlar yolu ilə həll edilir, nəticə əldə olunmazsa məsələ Bakı şəhəri məhkəmələrində həll olunur.

12. Əlaqə məlumatları

Bu şərtlərlə bağlı hər hansı sual və ya təkliflər üçün aşağıdakı ünvana müraciət edə bilərsiniz:
Email: [email protected]
Vebsayt: https://isend.az

İstifadə şərtləri ilə bağlı suallarınız üçün [email protected]

iSend.az
Official Meta Tech Provider

iSend.az – Biznesiniz üçün sürətli və effektiv WhatsApp mesajlaşma platforması.

Avtomatik mesajlar, alıcı siyahıları və rahat idarəetmə – bir platformada!

[email protected] +994 55 272-06-66
Azerbaijan, Bakı

Platforma

    • Vahid mesaj qutusu
    • WhatsApp kampaniyaları
    • Avtomatlaşdırma
    • Chatbot qurucusu
    • Kontaktlar və auditoriyalar
    • Mesaj şablonları
    • Komanda idarəetməsi
    • Analitika və hesabatlar
    • API və inteqrasiyalar
    • AI köməkçi

Həllər

    • Satış
    • Müştəri Dəstəyi
    • Marketinq
    • Müştəri Saxlama

Resurslar

    • Sənədləşdirmə
    • API Referansı
    • FAQ
    • Meta Tech Provider

Şirkət

    • Haqqımızda
    • Əlaqə
    • Məxfilik Siyasəti
    • İstifadə Şərtləri
    • Partnyor ol

© 2026 iSend.az. Bütün hüquqlar qorunur.

AZ EN RU